​Rio-2016: Elvin Mürsəliyev macar rəqibinə məğlub olub

Fərdi
  • 14 avqust, 2016
  • 15:09
​Rio-2016: Elvin Mürsəliyev macar rəqibinə məğlub olub

Bakı. 14 avqust. REPORT.AZ/ Bu gün 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında yunan-Roma güləşçimiz Elvin Mürsəliyev yarımfinala çıxış üçün mübarizə aparıb.

"Report" xəbər verir ki, 75 kq. çəki dərəcəsində mübarizə aparan Mürsəliyevin rəqibi macarıstanlı Piter Baçe olub.

Görüş macar idmançının qələbəsi ilə başa çatıb.