"Real"ın futbolçusu Çempionlar Liqasındakı məğlubiyyətə görə azarkeşlərdən üzr istəyib
Fərdi
- 17 aprel, 2025
- 18:46
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İspaniyanın "Real" (Madrid) klubunun futbolçusu Cud Bellinqem UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində "Arsenal"a məğlub olaraq mübarizəni dayandırdıqlarına görə azarkeşlərdən üzr istəyib.
"Report" xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
"Rəqibə qarşı hər iki oyunda ümidləri doğrulda bilmədik. Madridlilər, bizi bağışlayın. Çempionlar Liqası gecələrinin sizin üçün nə dərəcədə vacib olduğunu bilirik. La Liqada mövsümü çempion kimi başa vurmaq şansımız davam edir. "Real" geri qayıdacaq", - deyə o bildirib.
Qeyd edək ki, Madrid təmsilçisi yarımfinala gedən yolda "Arsenal"a hər iki matçda (0:3, 1:2) uduzub.
Son xəbərlər
03:54
Suriya İordaniya ilə sərhəddə keçid məntəqəsini bağlayıb
Digər ölkələr
03:36
Baqeri: ABŞ danışıqlara ciddi yanaşırsa, Tehranın 7 şərtini qəbul etməlidir
Region
02:57
Harri Keyn 2026-cı ildə "Qızıl top"un yubiley mükafatını qazanıb
Futbol
02:54
Nərimanov rayonunun bir hissəsində bu gün qaz olmayacaq
Energetika
02:22
ABŞ-nin strateji neft ehtiyatları 40 illik minimumu yeniləyib
Digər ölkələr
02:02
Suriya İordaniya HHQ-nin zərbələri nəticəsində beş nəfərin öldüyünü bildirib
Digər ölkələr
01:49
E5-in müdafiə nazirləri: Avropa Rusiyaya təzyiqi artıracaq, Ukraynaya dəstəyi genişləndirəcək
Digər ölkələr
01:08
Azərbaycanın "arzuolunmaz şəxs" elan etdiyi Muhammed Emin Yıldırım İstanbulda saxlanılıb
Region
00:32
Türkiyə Super Liqası: "Qalatasaray" "Fənərbağça"nı məğlub edib
Futbol