Rapid və blits üzrə dünya çempionatının məkanı yarışa bir ay qalmış müəyyənləşib

Fərdi
  • 19 noyabr, 2019
  • 11:41
Rapid və blits üzrə dünya çempionatının məkanı yarışa bir ay qalmış müəyyənləşib

Şahmatın rapid və blits növləri üzrə 2019-cu il dünya çempionatı Rusiyanın paytaxtı Moskvada keçiriləcək. 

"Report"un Beynəlxalq Şahmat Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, 26 - 28 dekabrda rapid, 29-30 dekabrda blits üzrə mübarizə gedəcək. Yarışların ümumi mükafat fondu 1 milyon avro olacaq. 

Qeyd edək ki, 2013-cü ildə rapid üzrə dünya çempionluğunu Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov qazanıb.