Rafael Ağayev: "Bu titul Azərbaycan xalqınındır"
Fərdi
- 18 dekabr, 2022
- 07:48
"Bu titul Azərbaycan xalqınındır".
"Report"un məlumatına görə, bunu "Karate Combat"da çempionluq kəmərinə sahib çıxan Rafael Ağayev ABŞ təmsilçisi Reymond Denielsə qalib gəldiyi döyüşdən sonra deyib.
35 yaşlı idmançı kəməri qazanmaq üçün çox çalışdığını bildirib: "Bir il səkkiz ay əvvəl anam vəfat edib. Bu, həmin vaxtdan sonra əldə etdiyim ilk qızıl medaldır. Mükafatı anama və xalqıma həsr edirəm. Arzuma çatdım və dünya çempionu oldum".
Ağayev Denielsin "Karate Combat"da üz-üzə gəldiyi ən güclü döyüşçü olduğunu söyləyib.
Qeyd edək ki, Rafael Ağayev karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısıdır. O, 2018-ci ildən "Karate Combat"da mübarizə aparır.
Son xəbərlər
11:04
Foto
Ceyhun Bayramov Kiyevdə Ukrayna PUA-larının sərgisi ilə tanış olub
Xarici siyasət11:04
"Qaçqınkom": Vahid aylıq müavinət "məcburi köçkün" statusu olanların heç də hamısına təyin edilmir
Daxili siyasət11:03
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilir
Daxili siyasət10:57
"Unibank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Maliyyə10:52
Foto
Azərbaycan gömrükçüləri İrandan Gürcüstana aparılan tiryəki aşkar edib
Biznes10:52
Azərbaycanda 7 ayda büdcədən 192 milyon manata yaxın vəsait geri qaytarılıb
Maliyyə10:48
FHN: Küləkli havada dənizə girmək təhlükəlidir
Daxili siyasət10:46
Azərbaycanda maliyyə institutlarının korporativ idarəetmə standartları gələn aydan dəyişir
Maliyyə10:45