Qran-pri: Hidayət Heydərov bürünc, Zelim Tçkayev qızıl medal qazanıb

Fərdi
  • 27 iyun, 2026
  • 16:10
Qran-pri: Hidayət Heydərov bürünc, Zelim Tçkayev qızıl medal qazanıb

Azərbaycanın daha iki cüdoçusu Çinin Sindao şəhərində keçirilən Qran-pridə medal qazanıb.

"Report"un məlumatına görə, 81 kq çəki dərəcəsində Hidayət Heydərov bürünc, Zelim Tçkayev qızıl mükafata sahib çıxıb.

Xatırladaq ki, ötən gün Əhməd Yusifov (60 kq) bürünc medal qazanıb.

44 - Tezliklə