Qızıl medal qazanan üzgüçü: "Azərbaycan bayrağını yüksəklərə qaldırdığım üçün xoşbəxtəm"

Fərdi
  • 30 sentyabr, 2025
  • 11:05
Qızıl medal qazanan üzgüçü: Azərbaycan bayrağını yüksəklərə qaldırdığım üçün xoşbəxtəm
Oqtay Hüseynov

Üzgüçü Oqtay Hüseynov Azərbaycan bayrağını yüksəyə qaldırdığı üçün xoşbəxtdir.

"Report"un Qərb bürosu xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında III MDB Oyunlarında qızıl medal qazanan idmançı özü bildirib.

O, qazandığı qələbəyə görə fəxr etdiyini söyləyib:

"İlk dəfədir ki, Azərbaycan üzgüçüsü MDB Oyunlarında qızıl medal qazanır. Bunu bacardığım üçün çox sevincliyəm. Xoşbəxtəm ki, Azərbaycanın bayrağını ən yüksəyə qaldırdım. Yarışdan öncə bir qədər tələskənliyim var idi. Üzməyə başlayarkən bunu aradan qaldıra bildim".

Qeyd edək ki, Oqtay Hüseynov 400 metr məsafəyə qarışıq üzmə yarışında bütün rəqiblərini qabaqlayıb.

III MDB Oyunları oktyabrın 8-də başa çatacaq. Yarışa 13 ölkədən 1 624 idmançı və 2 337 nümayəndə qatılıb. Turnirdə Azərbaycanı 340, Pakistanı 4, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Kubanı 11, Küveyti 6, Omanı isə 4 idmançı təmsil edir.

Son xəbərlər

Bütün Xəbər Lenti