Prezidentin iştirakı ilə İslamiadanın qalib idmançıları, onların məşqçiləri və idman ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilib

Fərdi
  • 23 may, 2017
  • 09:12
Prezidentin iştirakı ilə İslamiadanın qalib idmançıları, onların məşqçiləri və idman ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilib
President.az

Bakı. 23 may. REPORT.AZ/ Bu gün “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilib.

“Report” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri görüşdə iştirak ediblər.

Prezident İlham Əliyev görüşdə nitq söyləyib.

Sonra IV İslam Həmrəyliyi Oyunlarında ən yaddaqalan məqamları, o cümlədən Azərbaycan idmançılarının çıxışlarını əks etdirən videoçarx nümayiş olunub.

44 filmi