Pekin-2022: Azərbaycan nümayəndə heyəti Çinə yollanıb

Fərdi
  • 01 fevral, 2022
  • 20:08
Pekin-2022: Azərbaycan nümayəndə heyəti Çinə yollanıb

Pekin-2022 Qış Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti Çinə yola düşüb.

"Report"un məlumatına görə, bu barədə şef de-mission Anar Bağırov özünün feysbuk səhifəsində paylaşım edib.

Azərbaycanı olimpiadada təmsil edəcək fiqurlu konkisürənlər - Vladimir Litvintsev və Yekaterina Ryabova isə Pekinə Rusiyanın paytaxtı Moskvadan gedəcəklər.

Qeyd edək ki, Pekin olimpiadası 4 - 20 fevralda keçiriləcək.