Paris-2024: Stadnikin mübarizə apardığı çəkidə finala yüksələn idmançı diskvalifikasiya edilib
Fərdi
- 07 avqust, 2024
- 07:55
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Hindistanlı qadın güləşçi Vineş Phoqat (50 kq) Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında diskvalifikasiya edilib.
"Report" xəbər verir ki, bu barədə Hindistanın olimpiya komandasının rəsmi "X" hesabı məlumat yayıb.
İdmançı 100 qram artıq çəkiyə görə cəzalanıb.
O, bu gün finalda ABŞ güləşçisi Sara Hildebrandt ilə qarşılaşmalı idi. Lakin rəqib həlledici raundda kubalı Lopez Quzmanla üz-üzə gələcək.
Xatırladaq ki, 50 kq çəkidə Azərbaycan təmsilçisi Mariya Stadnik də çıxış edib. 1/4 final mərhələsində məğlub olan titullu idmançı yarışı medalsız başa vurub.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Son xəbərlər
08:31
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
08:26
Senatda demokratların lideri İranla müharibəni başa çatdıracağına söz verib
Digər ölkələr
08:08
Paraqvay parlamenti prezidentin impiçmenti təşəbbüsünü müzakirə edəcək
Digər ölkələr
08:00
Cənubi Koreya XİN: ABŞ-la birgə hərbi təlimlər sırf müdafiə xarakteri daşıyır
Digər ölkələr
07:52
Türkmənistan Prezidenti "Şimal-Cənub" dəhlizi çərçivəsində yeni avtomobil yolunu açıb
İnfrastruktur
07:38
Bakının iki rayonunda işıq kəsiləcək
Energetika
07:04
Yaponiya kütləvi məlumat sızmalarına qarşı xüsusi qrup yaradacaq
Digər ölkələr
06:37
Bob Dilan Roma Papası XIV Leo ilə Vatikanda görüşüb
Digər ölkələr
06:13
Şimali Koreyada yeni HHM kompleksi sınaqdan keçirilib
Digər ölkələr