Paris-2024: Azərbaycanın paraüzgüçüsü finala yüksələ bilməyib
Fərdi
- 02 sentyabr, 2024
- 08:56
Azərbaycanın paraüzgüçüsü Raman Saley Paris-2024 Yay Paralimpiya Oyunlarında finala yüksələ bilməyib.
"Report" xəbər verir ki, o, 50 metr məsafəyə sərbəst üsulla üzməkdə mübarizə aparıb.
S12 kateqoriyasında yer alan Saley 24,39 saniyə ilə 9-cu olub. İdmançı ilk "8-liy"ə düşə bilmədiyi üçün finala vəsiqə qazanmayıb.
Qeyd edək ki, hazırda Azərbaycanın hesabında 1 qızıl, 1 gümüş və 1 bürünc medal var. Raman Saley 100 metr məsafəyə arxasıüstə üzməkdə gümüş mükafat əldə edib. Daha əvvəl isə Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov (70 kq) qızıl, Sabir Zeynalov (58 kq) bürünc medala sahib çıxıb.
Son xəbərlər
22:50
Türkiyədə maliyyə nazirinin istefa verdiyinə dair iddialar təkzib edilib
Region22:32
Foto
Şahbaz Şərif və Məsud Pezeşkian regiondakı vəziyyəti müzakirə ediblər
Digər ölkələr22:18
Zelenski: "Patriot" sistemləri üçün raketlər barədə razılaşdıq
Digər ölkələr22:06
ABŞ-də üç media qurumunun jurnalistlərinin Ağ Evə girişi bərpa olunub
Digər ölkələr21:57
SEPAH: ABŞ ordusu İordaniyada gizlənməyə məcbur olub
Region21:44
Foto
Azərbaycan boksçusu Sübhan Mamedov Avropa çempionu olub
Fərdi21:29
NATO kəşfiyyat məlumatlarının mübadiləsini artırır
Digər ölkələr21:20
Türkiyədə zəncirvari yol qəzasında 17 nəfər xəsarət alıb
Region21:06