Paris-2024: Azərbaycan boksçusu gümüş medal qazanıb
Fərdi
- 09 avqust, 2024
- 20:54
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan boksçusu Alfonso Dominqes Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında final döyüşünü keçirib.
"Report"un Parisə ezam olunmuş əməkdaşının məlumatına görə, 92 kq çəki dərəcəsində yarışan təmsilçimiz özbəkistanlı Lazizbek Mullojonovla qarşılaşıb.
Görüş rəqibin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, A.Dominqes gümüş medalla kifayətlənməli olub.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedov (58 kq) gümüş mükafat qazanıb. Yunan-Roma güləşçimiz Həsrət Cəfərov (67 kq) bürünc medala sahib çıxıb.
Son xəbərlər
23:40
ABŞ məlumat mərkəzlərinin istixana qazı emissiyaları Danimarkanın illik göstəricilərinə bərabərdir
Digər ölkələr
23:12
Zelenski: Avropanın iştirakı ilə Ukrayna və ABŞ arasında onlayn danışıqlar aparılıb
Digər ölkələr
22:55
Hikmət Hacıyev Maqdalena Qrono ilə Azərbaycan-Aİ tərəfdaşlığını müzakirə edib
Xarici siyasət
22:49
İsrail Ordusu HƏMAS-ın hərbi qanadının bölmə komandirini zərərsizləşdirib
Digər ölkələr
22:40
ABŞ-nin onilliklər ərzində ilk dəfə yeni nüvə aviabombasının adı açıqlanıb
Digər ölkələr
22:27
Ukraynanın ABŞ-dəkı səfirliyi "Starshield"ə girişin məhdudlaşdırıldığını təsdiqləyib
Digər ölkələr
22:18
Foto
Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında iştirak edib
Fərdi
22:08
"Tesla" Almaniyadakı zavodunun genişləndirilməsinə 3 mlrd avro yatıracaq
Biznes
22:04
Azərbaycan millisinin heyətində son oyununa çıxan Emin Mahmudova hədiyyə təqdim olunub
Futbol