Pakistanın “Dəmir ledisi” Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində olub
- 11 noyabr, 2019
- 10:34
Yeniliklərdən dərhal xəbərdar olun!
Pakistanın BMT-dəki sülhməramlı səfiri Muniba Mazari Azərbaycan Milli Paralimpiya Komitəsinin dəvəti ilə “Yenilməzlər” adlı beynəlxalq qala təqdimatda iştirak etmək üçün Bakıda səfərdədir.
“Report” xəbər verir ki, Pakistanın “Dəmir ledisi” bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ramana qəsəbəsində yerləşən Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində qonaq olub.
Qeyd edək ki, Muniba Mazari Pakistanın əlil arabası istifadəçisi olan ilk incəsənət xadimi və bu ölkənin BMT-dəki xoşməramlı səfiri olan ilk qadın təmsilçisidir. O, həmçinin, BBC tərəfindən 2015-ci ilin ən nüfuzlu 100 qadını siyasına daxil edilib. Eyni ildə Forbes jurnalının “30 yaşdan aşağı 30 ən uğurlu şəxs” siyahısına salınıb.
Dünyada minlərlə fiziki məhdudiyyətli insana ruh yüksəkliyi verən və nümunə olan Muniba Mazari hazırda modellik, rəssamlıq, oxumaq, nitq söyləmək kimi fəaliyyətlərini davam etdirir.