Qurban Məcnunov Bakıda keçirilən dünya çempionatındakı ikinci görüşündə məğlub olub - YENİLƏNİB-2

Fərdi
  • 27 iyul, 2026
  • 13:32
Qurban Məcnunov Bakıda keçirilən dünya çempionatındakı ikinci görüşündə məğlub olub - YENİLƏNİB-2

Azərbaycanın yunan-Roma güləşçisi Qurban Məcnunov Bakıda keçirilən U-17 dünya çempionatındakı ikinci görüşündə uduzub.

"Report"un məlumatına görə, 55 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda hindistanlı Hariom Hariomla bacarmayıb.

Görüş 3:3 hesabı ilə yekunlaşsa da, hindistanlı idmançı sonuncu xal prinsipinə əsasən qələbə qazanıb.

Q.Məcnunov ilk görüşdə - təsnifat mərhələsində qırğızıstanlı Alixan Minazarovu 9:1 hesabı ilə üstələmişdi.

Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

Azərbaycanın yunan-Roma güləşçisi Qurban Məcnunov Bakıda keçirilən U-17 dünya çempionatına qələbə ilə start verib.

"Report"un məlumatına görə, 55 kq çəki dərəcəsində yarışan idmançı təsnifat mərhələsində qırğızıstanlı Alixan Minazarovla üz-üzə gəlib.

Q.Məcnunov rəqibini 9:1 hesabı ilə üstələyib.

Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

Azərbaycanın yunan-Roma güləşçisi Orxan Həbibli Bakıda keçirilən U-17 dünya çempionatına qələbə ilə başlayıb.

"Report"un məlumatına görə, 65 kq çəki dərəcəsində yarışan idmançı təsnifat mərhələsində çexiyalı Qaspar Sançezlə üz-üzə gəlib.

Azərbaycan idmançısı bu görüşdə rəqibini 8:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

44 - Tezliklə