"Opera Euro Rapid": Teymur Rəcəbovun rəqibi məlum oldu
Fərdi
- 12 fevral, 2021
- 20:13
Azərbaycan şahmatçısı Teymur Rəcəbovun Çempionlar Turunun "Opera Euro Rapid" adlanan mərhələsinin 3-cü yer uğrunda görüşündəki rəqibi müəyyənləşib.
"Report"un məlumatına görə, 34 yaşlı qrossmeyster fransalı Maksim Vaşye-Laqravla üz-üzə gələcək. Finalda isə norveçli dünya çempionu Maqnus Karlsenlə ABŞ təmsilçisi Uesli So qarşılaşacaq. Görüşlər 13-14 fevralda keçiriləcək.
Rəcəbov yarımfinalda Soya, Vaşye-Laqrav isə Karlsenə uduzub.
Qeyd edək ki, turnirin ümumi mükafat fondu 100 000 ABŞ dollarıdır. Qalib 30 000 dollar qazanacaq.
Son xəbərlər
20:21
Foto
Ceyhun Bayramov Ukraynanın İrpen şəhərinə gəlib - YENİLƏNİB
Xarici siyasət20:05
Almaniyada iki tramvay toqquşub, 20-dən çox sərnişin xəsarət alıb
Digər ölkələr20:01
Ümid Səmədov: "Kəpəz"in məşqçilər heyəti mənə güvəndiyini bildirib"
Futbol19:58
Pirşağıda dənizdə 16 yaşlı gənc batıb
Hadisə19:47
Konfrans Liqası: "Dinamo" və "Qarabağ" komandalarının start heyətləri bəlli olub
Futbol19:45
Azərbaycan və Ukrayna arasında intensiv siyasi dialoq müzakirə olunub
Xarici siyasət19:44
"Səbail" Slavik Alxasovu transfer edib
Futbol19:38
Həsən Əliyev və Rövşən Əliyev küçələrində hərəkət məhdudlaşdırılacaq
İnfrastruktur19:33