Olimpiyaçılarımız Polşaya yollandı
Fərdi
- 07 iyun, 2021
- 13:26
İyunun 8-də Varşavada güləş üzrə “Poland Open” turniri start götürəcək.
Azərbaycan Güləş Federasiyasından "Report"a verilən məlumata görə, reytinq xarakterli yarışın ilk günlərində sərbəst güləşçilər mübarizə aparacaq.
Baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında Hacı Əliyev (70 kq), Hacımurad Hacıyev (74 kq) və Şərif Şərifov (97 kq) xalça üzərinə çıxacaq.
Yarışın proqramına əsasən, sabah Əliyevlə Şərifov, iyunun 9-da isə Hacıyev mübarizəyə start verəcək. Hər 3 idmançı Azərbaycanı Tokio-2020 Yay Olimpiya Oyunlarında təmsil edəcək.
Görüşlər Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Sədi Quliyev turnirdə ədaləti qoruyacaq.
Son xəbərlər
21:19
"Dinamo"nun baş məşqçisi: "Qarabağ" ötən mövsüm Çempionlar Liqasında çıxış etmiş güclü rəqibdir"
Futbol21:12
Kiyevin Dayanıqlılıq Planı təsdiq edilib
Digər ölkələr21:11
Çempionlar Liqası: "Orhus" - "Sabah" matçı başlayıb
Futbol21:07
"Fars": İran Hörmüz boğazının açılmasına görə yeni tələblər irəli sürəcək
Region20:59
İşıq kəsilməsinə görə Tbilisi metrosunun fəaliyyəti dayandırılıb - YENİLƏNİB
Region20:51
Foto
FIFA U-15 və U-20 dünya çempionatlarının Azərbaycanda keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin iclası baş tutub
Futbol20:32
Ermənistan konstitusiyasının TRIPP sazişinə uyğunluğu nəzərdən keçiriləcək
Region20:31
Foto
Qarabağ və Şərqi Zəngəzurun dirçəlişinə həsr olunmuş sənədli film hazırlanır
Mədəniyyət siyasəti20:28