Olimpiya çempionu dopinqə görə 2 illik cəzalandı
Fərdi
- 18 mart, 2021
- 15:55
Atletikanın çəkicatma növü üzrə olimpiya çempionu Dilşod Nazarov 2 il müddətinə diskvalifikasiya olunub.
"Report"un məlumatına görə, buna səbəb tacikistanlı keçmiş idmançının dopinq testinin müsbət çıxmasıdır.
2011-ci il dünya çempionatı zamanı qanında qadağan olunmuş maddə aşkarlanan Nazarov barəsində ilk qərar 2 il öncə verilib. Həmin vaxt 39 yaşlı idmançıya müvəqqəti cəza müddəti tətbiq olunub. İşə yenidən baxıldıqdan sonra onun iki illik diskvalifikasiyası barədə qərar qəbul edilib. Cəza müddəti 2019-cu il sentyabrın 24-dən hesablanır.
Qeyd edək ki, Dilşod Nazarov 2016-cı il Rio Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. Hazırda o, Tacikistan Yüngül Atletika Federasiyasının prezidentidir.
Son xəbərlər
05:18
Kamçatkada vulkan 2,5 kilometr yüksəkliyə kül püskürüb
Digər ölkələr04:34
Cənubi Çin dənizində ABŞ-yə məxsus döyüş təyyarəsi və helikopter qəzaya uğrayıb
Digər ölkələr04:13
"The Times": Britaniya kəşfiyyat orqanları koordinasiya ilə bağlı çətinliklər yaşayır
Digər ölkələr03:39
ABŞ-də şatdaun səbəbindən noyabrın 1-dən ərzaq talonları verilməyəcək
Digər ölkələr03:12
"Formula 1" üzrə Meksika Qran-prisinin qalibi bəlli olub
Formula 102:42
Litva Belarusla bütün keçid məntəqələrini bağlayıb
Digər ölkələr02:18
Vilnüs hava limanı yenidən uçuşlara bağlanıb
Digər ölkələr01:38
Kamerunda müxalifətin etiraz aksiyasında 4 nəfər öldürülüb
Digər ölkələr01:11