Nazirlik rəsmisi: "Bakıda bir çox beynəlxalq tədbirlərin keçirilməsi nəzərdə tutulub"
- 16 dekabr, 2025
- 18:02
"Dünya İdman Paytaxtı" seçilməsi ilə əlaqədar Bakıda bir çox beynəlxalq tədbirlərin keçirilməsi nəzərdə tutulub.
"Report"un məlumatına görə, bunu Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov Bakının "Dünya İdman Paytaxtı" elan olunmasına həsr edilmiş rəsmi təqdimetmə mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
"Bu gün rəsmi olaraq Bakı "Dünya İdman Paytaxtı" seçildi. Bildirmək istərdim ki, Bakıda bununla bağlı bir çox beynəlxalq tədbirlərin keçirilməsi nəzərdə tutulub. Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasına təşəkkürümüzü bildiririk ki, beynəlxalq tədbirlərin Bakıda keçirilməsi üçün şərait yaradılacaq. Paytaxtda bir çox beynəlxalq yarışlar təşkil olunacaq", - nazirlik rəsmisi söyləyib.
Qeyd edək ki, Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakını 2026-cı il üçün dünyanın "İdman paytaxtı" seçib.