Naxçıvanlı karateçi beynəlxalq turnirdə gümüş medal qazanıb
Fərdi
- 07 iyul, 2025
- 17:46
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Naxçıvanlı karateçi Rafiq Hüseynli (70 kq) beynəlxalq turnirdə gümüş medal qazanıb.
"Report"un yerli bürosu xəbər verir ki, o, Türkiyənin Bursa şəhərinin Gemlik bölgəsində keçirilən “VI Gemlik Uluslararası Karate Turnuvası”nda fərqlənib.
Yarışda 8 ölkədən 2000-ə yaxın karateçi iştirak edib.
Naxçıvanda fəaliyyət göstərən “Qapıcıq” Karate-do İdman Klubunun üzvü olan R.Hüseynli turnirin kumite yarışlarında uğurla çıxış edərək mükafatçılar sırasına düşüb. O, 14-15 yaş kateqoriyası üzrə gümüş medala layiq görülüb.
Xatırladaq ki, Rafiq Hüseynli dünya şotokan çempionatlarının, o cümlədən beynəlxalq turnirlərin və ölkəmiqyaslı yarışların qalibi və mükafatçısıdır.
Son xəbərlər
16:44
Almaniya Albaniyanın Aİ üzvlük prosesinə dəstəyini davam etdirəcəyini bəyan edib
Digər ölkələr
16:43
Foto
"Milli Məşğulluq Forumu" çərçivəsində süni intellekt və əmək bazarı müzakirə olunub
İKT
16:43
Foto
Muxtar Babayev: Azərbaycan və Türkiyə Cəbrayılda Meşə Təlim Mərkəzi yaradıb
Ekologiya
16:43
Foto
Azərbaycan Güləş Federasiyası ABŞ-də beynəlxalq əməkdaşlıq imkanlarını araşdırıb
Fərdi
16:36
Video
Qusarda avtomobil yolunun 8 kilometrlik hissəsində asfalt-beton örtüyü çəkilib
İnfrastruktur
16:32
Foto
"Neftçi"nin qadın komandaları üçün antidopinq seminarı təşkil olunub
Futbol
16:28
Ukraynada müharibənin atəşkəsdən başlayan həlli – torpaq güzəşti, NATO-ya üzvlük avantürası
Analitika
16:21
Azərbaycanda bəzi ərazilərdə sabah güclü külək əsəcək - Xəbərdarlıq
Ekologiya
16:21
Bolqarıstan sahillərində heyətində Azərbaycan və Türkiyə vətəndaşlarının olduğu yük gəmisi batıb - Yenilənib
Digər ölkələr