Naxçıvanda gənclər və idman naziri federasiya prezidenti seçilib

Fərdi
  • 01 iyun, 2017
  • 05:36
Naxçıvanda gənclər və idman naziri federasiya prezidenti seçilib

Bakı. 1 iyun. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikası Şərq Döyüşü Sənəti Federasiyasının konfransı keçirilib. "Report"un məlumatına görə, toplantıda Naxçıvanın gənclər və idman naziri Azad Cabbarov yekdilliklə federasiya prezidenti seçilib.

O, yeni vəzifədə Əhməd Əhmədovu əvəzləyib. A.Cabbarovun federasiyanın üzvləri və məşqçi-müəllimlərlə görüşündə 2017-ci il üçün iş planı müzakirə olunub, qarşıda duran vəzifələr müəyyənləşdirilib. Əsasən, federasiyanın işinin gücləndirilməsi, yeniyetmə və gənclər arasında idmanın bu növlərinin təbliği, kütləviləşməsi başlıca vəzifə kimi qarşıya qoyulub.