Nardaranda şəhid olan polislərdən biri Avropa çempionu imiş - FOTO
Fərdi
- 27 noyabr, 2015
- 08:02
Bakı. 27 noyabr. REPORT.AZ/ Nardaranda şəhid olan polislərdən ikincisinin də idmançı olduğu müəyyənləşib. "Report"un məlumatına görə, 38 yaşında dünyasını dəyişmiş İsmayıl Tağıyev ağırlıqqaldırma ilə məşğul olub.
O, Azərbaycan çempionu, idman ustası, beynəlxalq yarışların iştirakçısı, veteranlar arasında Avropa çempionu idi. Şəhid polis 2012-ci ildə Lənkəran Şəhər Olimpiya İdman Kompleksində veteran ağır atletlər arasında keçirilmiş Avropa çempionatında 105 kq və 105 kq-dan yuxarı çəki dərəcələrində qızıl medal qazanıb.
İ.Tağıyevin iki oğlu, bir qızı var. Oğlu cəmi 2 həftə əvvəl doğulmuşdu.
Allah rəhmət eləsin!
Son xəbərlər
21:12
Qudarzi: Neft satışından əldə olunan 9 milyard dollar İMB-nin sərəncamına verilib
Region20:55
Video
Yunanıstanda qəzaya uğrayan qırıcının pilotları həlak olub – YENİLƏNİB
Hadisə20:53
İndoneziyada pulsuz yemək yüzlərlə şagirdi zəhərləyib
Digər ölkələr20:50
Türkiyədə tanınmış müğənni saxlanılıb
Region20:34
İranda neft tanker partlayıb, on nəfər ölüb
Region20:26
Premyer Liqa: "Sabah" "Zirə"ni böyük hesabla məğlub edib
Futbol20:24
Pyer Qasli "Formula-1" İtaliya Qran-prisinin təsnifat mərhələsini qazanıb
Formula 120:11
Zelenski: Sabah Kiyevdə Uitkoff və Kuşnerlə danışıqlar baş tutacaq
Digər ölkələr19:55