MOK-un təşəbbüsü ilə tanınmış güləşçilərin idmansevərlərlə görüşü keçirilib

Fərdi
  • 19 mart, 2026
  • 15:46
MOK-un təşəbbüsü ilə tanınmış güləşçilərin idmansevərlərlə görüşü keçirilib

Bakıda Milli Olimpiya Komitəsinin (MOK) təşəbbüsü və Azərbaycan Güləş Federasiyasının dəstəyi ilə idmansevərlər üçün tədbir təşkil olunub.

"Report" xəbər verir ki, görüşdə güləş idman növü haqqında geniş söhbət aparılıb və təcrübə paylaşımı olub.

Tədbirdə Azərbaycan güləşi və idmanının tanınmış simaları - ikiqat olimpiya mükafatçısı, üçqat dünya və dördqat Avropa çempionu Hacı Əliyev, olimpiya mükafatçısı, dünya və Avropa çempionu Rəsul Çunayev, olimpiya və dünya mükafatçısı, üçqat Avropa çempionu Həsrət Cəfərov, həmçinin Avropa mükafatçısı və U-23 dünya çempionu Jalə Əliyeva iştirak ediblər.

Onlar öz uğur hekayələrini gənclərlə bölüşərək, idmançı olmağın çətinlikləri və qürurverici tərəflərindən danışıblar.

Tədbir çərçivəsində güləşçilərlə sual-cavab və imza sessiyası təşkil edilib, müxtəlif müsabiqələr keçirilib. Qalib gələn iştirakçılara xüsusi hədiyyələr təqdim olunub.