MOK-un baş katibi Azər Əliyev EYOF komissiyasının iclasında iştirak edib
- 08 noyabr, 2023
- 17:02
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev Belçikanın paytaxtı Brüsseldə Avropa Gənclər Olimpiya Festivalının (EYOF) üzvü olduğu komissiyasının iclasında iştirak edib.
“Report”un MOK-un mətbuat xidmətinə istinadən məlumatına görə, əvvəlcə festivalın təşkilatçıları tərəfindən tədbir iştirakçılarına Friuli Venesiya Juliua-2023 Qış və Maribor-2023 Yay Olimpiya festivallarının hesabatları təqdim olunub.
Sonra Bakuriani Borjomi-2025 Qış və Skopye-2025 Yay Olimpiya festivallarının gedişatı ilə bağlı ətraflı müzakirələr aparılıb, festival çərçivəsində yarışların keçiriləcəyi idman qurğuları, idmançıların qalacaqları bina və obyektlərlə tanışlıq olub.
Görüşdə EYOF-un gələcək plan və strategiyaları, gənc səfirlər, idmançıların təhlükəsizliyi və qarşıdakı digər yarışlar barədə müzakirələr aparılıb.