Milli Paralimpiya Komitəsinin rəhbərliyi Avropa çempionatlarında çıxış etmiş paralimpiyaçılarla görüşüb

Fərdi
  • 14 oktyabr, 2025
  • 19:28
Milli Paralimpiya Komitəsinin rəhbərliyi Avropa çempionatlarında çıxış etmiş paralimpiyaçılarla görüşüb

Milli Paralimpiya Komitəsinin (MPK) rəhbərliyi Avropa çempionatlarında çıxış etmiş paralimpiyaçılarla görüşüb.

"Report" xəbər verir ki, tədbirdə paracüdo, paragüllə atıcılığı və parabadminton üzrə Avropa çempionatlarında ümumilikdə 2 qızıl, 5 gümüş medal qazanan paralimpiyaçılarımız ilə onların məşqçilərinin fikirləri dinlənilib, milli komandaların uğurlarının davamlı olması üçün görüləcək işlər müzakirə edilib.

Görüşdə Milli Paralimpiya Komitəsinin prezidentinin müşaviri Şahin Kazımzadə, vitse-prezident İlham Zəkiyev, baş katib Toğrul Rəhimov və digər MPK rəsmiləri iştirak ediblər.

Qeyd edək ki, Avropa çempionatlarında paracüdoçularımız İlham Zəkiyev (J1, +95 kq) qızıl, Dürsədəf Kərimova (J2, +70 kq) isə gümüş medal qazanıblar. Paragüllə atıcılarımız Kamran Zeynalov (10 metr, P1) qızıl, (50 metr, P4) gümüş və Aybəniz Babayeva ilə birlikdə (10 metr, P6) daha bir gümüş medal əldə ediblər.

Parabadmintonçularımız İbrahim Əliyev (SU-5, qoşa yarış) və Zəhra Salmanlı (SH-6, qoşa yarış) isə gümüş medallara sahib olublar.

Son xəbərlər

Bütün Xəbər Lenti