Milli Olimpiya Komitəsinin rəsmiləri EOC-un seminarında iştirak edirlər

Fərdi
  • 12 may, 2023
  • 15:45
Milli Olimpiya Komitəsinin rəsmiləri EOC-un seminarında iştirak edirlər

Fransanın paytaxtı Parisdə Avropa Olimpiya Komitəsinin (EOC) 43-cü seminarı başlayıb.

"Report" xəbər verir ki, tədbirdə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, qurumun Baş katibi Azər Əliyev və Xarici Əlaqələr departamentinin müdiri Anar Bağırov Azərbaycan nümayəndə heyətini təmsil edirlər.

Avropa İdman Həftəsi çərçivəsində təşkil olunan seminarda EOC-un 2030-cu ilə qədər Strateji Gündəliyinin hazırlanması istiqamətində əldə olunan irəliləyişlər və digər məsələlərlə bağlı müzakirələr aparılıb.

Həmçinin "Krakov-2023" Avropa Oyunları, "Maribor-2023" Avropa Gənclərinin Olimpiya Festivalı, "Paris-2024 Yay Olimpiya Oyunları və Milano-2026 Qış Olimpiya Oyunlarına dair fəaliyyət planı müzakirə olunub.