"Mercedes" komandası "Formula 1"in qalibi oldu
Fərdi
- 01 noyabr, 2020
- 19:23
İtaliyanın İmola şəhərində "Formula 1" üzrə Emiliyi-Romanyi Qran-prisi keçirilib.
"Report"un məlumatına görə, yarışın qalibi adını "Mercedes" pilotu Lüis Hemilton qazanıb. İkinci yer onun komanda yoldaşı Valtteri Bottasa qismət olub. "Renault"dan Daniel Rikkardo isə üçüncü pillə ilə kifayətlənib. Ümumilikdə 20 pilotdan 15-i finişə çata bilib.
Bu nəticədən sonra "Mercedes" sona 4 mərhələ qalmış 479 xalla Konstruktorlar Kubokunun qalibi adını qazanıb. İkinci yerdə 226 xalla "Red Bull" qərarlaşıb. "Renault" isə 135 xalla üçüncüdür.
Pilotların mübarizəsində isə Lüis Hemilton 282 xalla 1-ci, Valtteri Bottas 197 xalla 2-cidir. 3-cü pillədə isə 162 xalla "Red Bull" pilotu Maks Ferstappen qərarlaşıb.
Son xəbərlər
04:49
Media: ABŞ kəşfiyyatı hesab edir ki, İranın öz gücünə inamı artıb
Digər ölkələr04:07
Antalyada cinayətkar qruplaşmaları təbliğ edən 10 nəfər saxlanılıb
Region03:39
ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına aviabombaların satışını təsdiqləyib
Digər ölkələr03:18
PSJ Luis Enrike ilə müqaviləni uzadıb
Futbol02:46
Türkiyə Prezidenti 12 ölkəyə yeni səfir təyin edib
Region02:21
Media: Ukrayna Rusiyadan hava atəşkəsi ilə bağlı cavab gözləyir
Digər ölkələr01:52
Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb
Hadisə01:30
"Real" La Liqanın cari mövsümündə ilk dəfə məğlub olub
Futbol01:18