Mariya Stadnik Polşadakı yarışa qatılacaq
Fərdi
- 02 iyun, 2021
- 12:38
Qadın güləşi üzrə Azərbaycan milli komandası Bolqarıstanda təlim-məşq toplanışını davam etdirir.
Federasiyadan "Report"a verilən məlumata görə, yerli komandayla birgə hazırlıq prosesində baş məşqçi Aslan Ağayevin rəhbərliyi altında Mariya Stadnik, Türkan Nəsirova (hər ikisi 50 kq) və Elis Manolova (68 kq) iştirak edir.
Mayın 24-dən start verilən toplanış iyunun 8-dək davam edəcək. Bolqarıstanın dağlıq bölgəsi olan Belmekendə keçirilən məşqlərdə həm fiziki, həm də taktiki-texniki çalışmalara üstünlük verilir.
Təlim-məşq toplanışından sonra Stadnik və Manolovanın Polşanın paytaxtı Varşavada baş tutacaq reytinq xarakterli beynəlxalq turnirdə iştirakı nəzərdə tutulub.
Son xəbərlər
11:06
Arif Əsədov: "Dinamo" üzərində qələbə "Qarabağ" və Azərbaycan futbolu üçün çox vacib idi"
Futbol11:00
Namiq Ağayev: Azərbaycanda kino çəkmək nisyə prosesdir – MÜSAHİBƏ
İncəsənət11:00
Azərbaycandakı sığorta şirkətlərinin öhdəliklərinin məbləğinə görə renkinqi (01.07.2026)
Maliyyə10:57
"Gəncə" Tariyel Yusifzadəni yenidən heyətinə qatıb
Komanda10:50
Bu ilin 7 ayında 234 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub
Sosial müdafiə10:49
Dünya Qadın Seriyasının Azərbaycandakı növbəti mərhələsində 16 komanda iştirak edəcək
Komanda10:49
Sumqayıt Sənaye Parkında burger və hot-doq üçün bulka istehsal ediləcək
Sənaye10:42
Yaponiyada güclü leysan yağışları nəticəsində ölənlərin sayı 8 nəfərə yüksəlib - YENİLƏNİB
Digər ölkələr10:39