İran IV İslam Həmrəyliyi Oyunlarında 120 idmançı ilə təmsil olunacaq

Fərdi
  • 09 dekabr, 2016
  • 10:49
İran IV İslam Həmrəyliyi Oyunlarında 120 idmançı ilə təmsil olunacaq

Bakı. 9 dekabr. REPORT.AZ/ Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında İranı 120-dən çox idmançı təmsil edəcək.

“Report” xəbər verir ki, bunu İran İslam Respublikası Milli Olimpiya Komitəsinin baş katibi Şahrux Şahnazi İRİB-ə müsahibəsində deyib.

O bildirib ki, futbol üzrə dünya çempionatı qarşılaşmalarının hazırlıq mərhələsi ilə üst-üstə düşməsi və rəsmi turnirlərin keçirilməsi səbəbindən İranın futbol komandası bu yarışlarda iştirak edə bilməyəcək.

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları 2017-ci il mayın 12 - 22-də Bakıda keçiriləcək.