İslamiadada iki medal qazanan Azərbaycan təmsilçisi: "Yarış mənim üçün çətin keçdi"

Fərdi
  • 12 noyabr, 2025
  • 17:11
İslamiadada iki medal qazanan Azərbaycan təmsilçisi: Yarış mənim üçün çətin keçdi

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil edilən VI İslam Həmrəyliyi Oyunları Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli (110 kq) üçün çətin keçib.

İdmançı bu barədə "Report"un yarışa ezam olunmuş əməkdaşına açıqlama verib.

O, təəssüratlarının çox yaxşı olduğunu bildirib:

"Fikirlərimi sözlə ifadə edə bilmərəm. İslamiadanın açılış mərasimində bayraqdar idim. Bu, karyeram üçün böyük uğurdur. Çox çətin yarış keçdi. Rəqiblərim Yay Olimpiya Oyunlarının və dünya çempionatlarının mükafatçıları idi. Onlardan geri qaldığımı düşünmürəm. Mənim üçün möhtəşəm turnir oldu. Bizə dəstək olan hər kəsə təşəkkür edirəm. Bu, bütün Azərbaycanın uğurudur".

Qeyd edək ki, Dadaş Dadaşbəyli İslamiadada iki gümüş medal qazanıb.

Son xəbərlər

Bütün Xəbər Lenti