İsfahan Həsənov: "Gümüş medal qazansam da, həvəsdən düşmədim və əlimdən gələnin ən yaxşısını edəcəyəm"
- 28 iyul, 2026
- 20:19
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın yunan-Roma güləşçisi İsfahan Həsənov Bakıda təşkil olunan U-17 dünya çempionatının finalında məğlub olmasına baxmayaraq, həvəsdən düşməyib.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında 80 kq çəki dərəcəsində mübarizə aparan idmançı bildirib.
O, final görüşündə uduzduğuna görə çox təəssüfləndiyini söyləyib:
"Finala kimi yaxşı mübarizə aparmışdım, hər şey qaydasında idi. Təəssüf ki, finalda uğursuzluq yaşadım. Lakin həvəsdən düşmək olmaz. Dünya çempionatına ciddi hazırlaşmışdım, çox əziyyət çəkmişdim. Həminki rəqiblə bir daha qarşılaşmaq şansım olsaydı, daha güclü mübarizə aparardım. Yenə də Allaha şükürlər olsun ki, medalsız qalmadım. Həvəsdən düşməyəcəm və növbəti yarışlarda əlimdən gələnin ən yaxşısını edəcəyəm".
Qeyd edək ki, İsfahan Həsənov üçüncü finalda iranlı Alireza Hassan Rezaeiyə uduzaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb.