III MDB Oyunlarında iştirak edəcək daha iki ölkənin idmançıları Azərbaycana gəlib - YENİLƏNİB
- 24 sentyabr, 2025
- 06:17

Azərbaycanın ilk dəfə ev sahibliyi edəcəyi III MDB Oyunlarında iştirak edəcək daha iki ölkənin komandası Bakıya gəlib.
AZƏRTAC xəbər verir ki, bunlar Özbəkistanın U-15 futbol komandası və Qazaxıstanın aşağı yaş qruplarından ibarət stolüstü tennis yığmasıdır.
İdmançıları Heydər Əliyev Beynəlxalq Aeroportunda media nümayəndələri qarşılayıbar.
Azərbaycanın ilk dəfə ev sahibliyi edəcəyi III MDB Oyunlarında iştirak edəcək Belarusun stolüstü tennis komandası Bakıya gəlib.
"Report" xəbər verir ki, 9 nəfərlik heyəti Heydər Əliyev Beynəlxalq Aeroportunda media nümayəndələri qarşılayıblar.
Qeyd edək ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək. Açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda olacaq.