Azərbaycanda keçirilən III MDB Oyunlarında üzgüçülük yarışlarına yekun vurulub - YENİLƏNİB-3

Fərdi
  • 02 oktyabr, 2025
  • 11:06
Azərbaycanda keçirilən III MDB Oyunlarında üzgüçülük yarışlarına yekun vurulub - YENİLƏNİB-3

Azərbaycanda keçirilən III MDB Oyunlarında üzgüçülük yarışlarına yekun vurulub.

"Report"un Gəncəyə ezam olunan əməkdaşının məlumatına görə, son olaraq 4x100 metr məsafəyə qarışıq estafet yarışında qadınlar arasında medalçılar bəlli olub.

Rusiya millisi qızıl, Qazaxıstan gümüş, Özbəkistan bürünc mükafata sahib çıxıb.

Azərbaycanda keçirilən III MDB Oyunlarında növbəti medalçılar bəlli olub.

"Report"un Gəncəyə ezam olunan əməkdaşı xəbər verir ki, Rusiya yığması kişilərin 4x100 metr məsafəyə qarışıq estafet yarışında qızıl mükafat əldə edib.

Qazaxıstan gümüş, Belarus kollektivi bürünc medala sahib çıxıb.

Azərbaycanda keçirilən III MDB Oyunlarının üzgüçülük növündə sonuncu yarış günü start götürüb.

"Report"un Gəncəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, qadınların 400 metr məsafəyə qarışıq üzmə yarışında mükafatçılar müəyyənləşib.

Rusiyalı Anastasiya Çernışova qızıl, qazaxıstanlı Taisiya Korotkova gümüş, Belarusdan olan Kseniya Mastoviç bürünc mükafat əldə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti