III MDB Oyunları: Bu gün 10 idman növü üzrə yarışlar keçiriləcək

Fərdi
  • 05 oktyabr, 2025
  • 08:00
III MDB Oyunları: Bu gün 10 idman növü üzrə yarışlar keçiriləcək

III MDB Oyunları çərçivəsində bu gün 10 idman növü üzrə yarışlar keçiriləcək.

"Report"un Şəkiyə ezam olunan əməkdaşının məlumatına görə, Gəncə İdman Sarayında qız və oğlan voleybolçuların yarımfinal və qrup oyunları keçiriləcək.

Həmçinin eyni məkanda güllə atıcılığı üzrə təsnifat və final mərhələləri baş tutacaq.

Gəncə İdman Sarayında idmansevərlər daha bir yarış izləyə biləcəklər. Qılıncoynatmanın sablya növü üzrə qadınların fərdi mübarizələri baş tutacaq.

Gəncədə həmçinin 3x3 basketbol üzrə qızlar və oğlanlar arasında növbəti qarşılaşmalar gerçəkləşəcək.

Yevlax Olimpiya İdman Kompleksində kişi boksçular arasında 46, 48, 50, 52, 54, 57, 60, 63, 66, 70, 75, 80, +80 kq çəki dərəcəsində final görüşləri keçiriləcək.

Qəbələ Olimpiya İdman Kompleksində qız və oğlan badmintonçular arasında qoşa və fərdi yarışların final mərhələsini izləmək mümkün olacaq.

Göygöl Olimpiya İdman Kompleksində cüdoçular arasında 1/4 final, yarımfinal, həmçinin bürünc və qızıl medal uğrunda görüşləri baş tutacaq.

Mingəçevirdə avarçəkmə, həmçinin kayak və kanoe üzrə final yarışları keçiriləcək.

Xankəndidə isə kamandan oxatma yarışları davam edəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti