III MDB Oyunları: Azərbaycanın qadın boksçuları turniri 9 medalla başa vurublar
Fərdi
- 04 oktyabr, 2025
- 17:15

III MDB Oyunları çərçivəsində Yevlax Olimpiya İdman Kompleksində boks yarışlarında final döyüşləri keçirilib.
"Report"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, Azərbaycanlı boksçu Gülər Hüseynova (48 kq) rusiyalı Darya Qavrinaya qalib gələrək qızıl medala sahib çıxıb.
Aysel Fərəcova (46 kq), Əminə Tağı (50 kq), Cəmilə Muradlı (54 kq), Aynur İsmayılova (60 kq) və Fidan Bakarova (63 kq) finalda rəqiblərinə uduzub və ikinci yerlə kifayətləniblər.
Aylin Nəzərova (46 kq), Zəhra Məmmədova (52 kq) və Mirrüqeyya Azərpur (57 kq) bürünc medallar qazanıblar.
Beləliklə, Azərbaycanın qadın boksçuları turniri 1 qızıl, 5 gümüş və 3 bürünc medalla başa vurublar.
Qeyd edək ki, boks üzrə yarışlar oktyabrın 5-də yekunlaşacaq.
Son xəbərlər
19:29
Foto
Cəlilabadda şəhid adı daşıyan küçə asfaltlanıb
İnfrastruktur19:20
Foto
III MDB Oyunlarında Azərbaycanın medal qazanan güləşçilərinin sayı yeddiyə çatıb - YENİLƏNİB-4
Fərdi19:17
Pakistanın Baş naziri Malayziyaya səfər edəcək
Digər ölkələr19:06
Kamçatkada Vilyuçinski vulkanına dırmaşan daha bir turist ölüb - YENİLƏNİB
Digər ölkələr18:51
Premyer Liqa: "Qarabağ" "Kəpəz"i məğlub edib
Futbol18:47
Foto
III MDB Oyunları: Azərbaycan cüdo yarışlarında beşinci qızıl medalını qazanıb - YENİLƏNİB-7
Fərdi18:45
Çexiyada parlament seçkilərində Andrey Babişin partiyasının qalib gələcəyi gözlənilir
Digər ölkələr18:42
III MDB Oyunları: Azərbaycanın iki karateçisi qızıl medal qazanıb
Fərdi18:40