Azərbaycan gimnastları III MDB Oyunlarını 8 medalla bitiriblər - YENİLƏNİB-2
- 08 oktyabr, 2025
- 16:21

Azərbaycan bədii gimnastları III MDB Oyunların 8 medalla başa vurublar.
"Report"un Şəkiyə ezam olunan əməkdaşının məlumatına görə, təmsilçilərimiz 4 gümüş, eyni sayda bürünc medal qazanıblar.
Qeyd edək ki, bununla da iki gün davam edən bədii gimnastika yarışlarına yekun vurulub.
Azərbaycan bədii gimnastları III MDB Oyunlarında daha iki medal qazanıblar.
"Report"un Şəkiyə ezam olunan əməkdaşının məlumatına görə, Fidan Qurbanlı gürzlərlə gümüş medala yiyələnib.
Lentlərlə hərəkətlərdə isə Azadə Atakişiyeva ikinci yeri tutub.
Qeyd edək ki, bədii gimnastika yarışlarına bu gün yekun vurulacaq.
Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası III MDB Oyunlarında halqalarla üçüncü olub.
"Report" un Şəkiyə ezam olunan əməkdaşının məlumatına görə, fərdi yarışda Nur Sadıqova halqalarla bürünc medal qazanıb.
Azadə Atakişiyeva isə topla gümüş medala sahib olub.
Qeyd edək ki, A.Atakişiyeva çoxnövçülükdə ikinci yeri tutmuşdu.