İslamiada: Azərbaycan medal əyarında Türkiyəni keçib - İCMAL - CƏDVƏL

Fərdi
  • 19 may, 2017
  • 16:55
İslamiada: Azərbaycan medal əyarında Türkiyəni keçib - İCMAL - CƏDVƏL

Bakı. 19 may. REPORT.AZ/ "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında bu gün 4 növ üzrə medallar sahiblərini tapıb. "Report"un məlumatına görə, Azərbaycan idmançıları bütün növlərdə mükafatçılar sırasına düşməyi bacarıblar.

Onlar ümumilikdə 8 medal qazanıblar ki, bunların da yarısı qızıl olub. Ən yüksək əyarlı medallara sərbəst güləşçilərdən Mahir Əmiraslanovla (57 kq) Nurməhəmməd Hacıyev (97 kq), 10 metrlik platformadan suya tullanma yarışında Olqa Bıkovskaya və para-atletikanın 200 metr məsafəyə qaçış yarışında Yelena Çebanu yiyələnib.

Gümüş medalları sərbəst güləşçi Məhəmməd Müslümov (65 kq) və stolüstü tennisçi Jinq Ninq əldə edib.

Bürünc medallara isə stolüstü tennisçi Miao Vanq və 3 metrlik tramplindən sinxron üsulla tullanma yarışında Artyom Danilov - Dmitri Sorokin dueti sahib çıxıb.

Bu nəticələrdən sonra Azərbaycanın aktivindəki medalların sayı 124-ə yüksəlib. Medallardan 63-ü qızıl, 35-i gümüş, 26-sı bürüncdür. Beləliklə, Azərbaycan medal əyarında Türkiyəni geridə qoyub. "Ay-ulduzlular"ın 61 qızıl, 56 gümüş və 45 bürünc olmaqla, ümumilikdə 162 medalı var.

1Azərbaycan633526124
2Türkiyə615645162
3İran20243074
4Özbəkistan14152857
5Bəhreyn94316
6Əlcəzair7121736
7İndoneziya6282054
8Misir64717
9Mərakeş631221
10Qırğızıstan33713
11İordaniya311115
12Səudiyyə Ərəbistanı3069
13Türkmənistan24612
14İraq2439
15Qazaxıstan23914
16Qətər22610
16Suriya Ərəb Respublikası22610
18Kamerun1258
19Tunis11810
20Seneqal1113
21Banqladeş1102
21Qambiya1102
23Benin1012
23Qvineya-Bisau1012
23Mozambik1012
26Pakistan0246
27Oman0235
28Nigeriya0213
29Qayana0123
29Surinam0123
29Birləşmiş Ərəb Əmirliyi0123
32Cibuti0112
33Uqanda0101
34Fil Dişi Sahili0044
35Livan0011
35Malayziya0011
37Əfqanıstan0000
37Albaniya0000
37Bruney Darüssəlam0000
37Burkina-Faso0000
37Çad0000
37Qəmər adaları0000
37Qabon0000
37Qvineya0000
37Maldiv adaları0000
37Mali0000
37Mavritaniya0000
37Niger0000
37Fələstin0000
37Syerra-Leone0000
37Somali0000
37Tacikistan0000
37Toqo0000
37Yəmən0000
44 - Tezliklə