İslamiada: Azərbaycan daha 20 medalla liderliyini möhkəmlədib - İCMAL - CƏDVƏL

Fərdi
  • 21 may, 2017
  • 18:53
İslamiada: Azərbaycan daha 20 medalla liderliyini möhkəmlədib - İCMAL - CƏDVƏL

Bakı. 21 may. REPORT.AZ/ Azərbaycan idmançıları "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında bu gün 20 medal qazanıblar. "Report"un məlumatına görə, medallardan 9-u qızıl, 7-si gümüş, 4-ü bürünc olub.

Qızıl medallara qadın güləşçiləri Mariya Stadnik (48 kq), Leyla Qurbanova (53 kq), Tatyana Omelçenko (60 kq) və Elis Manolova (69 kq), kişi və qadınlardan ibarət basketbol 3X3 komandası, zorxananın səngi yarışında Rüfət Güləliyev, 3 metrlik tramplindən suya tullanmada Olqa Bıkovskaya və 23 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yiyələnib.

Gümüş medallara qadın güləşçilərdən Natalya Sinişin (55 kq), Alyona Kolesnik (58 kq) və Səbirə Əliyeva (75 kq), zorxananın çərxi-çəməni növündə Orxan Xanlarov və milbazidə Xəyyam Orucov, kişilərdən ibarət voleybol yığması və kişilərin 10 metr hündürlükdəki platformadan sinxron suya tullanma yarışında Artyom Danilov - Dmitri Sorokin dueti sahib çıxıb.

Bürünc medalları isə zorxananın kəbbadə yarışında Məmmədi Salamov, mil səngində Xəyyam Orucov və çərxi-tizdə Orxan Xanlarov, həmçinin stolüstü tennis üzrə kişilərdən ibarət komanda əldə edib.

Beləliklə, Azərbaycanın aktivindəki medalların sayı 153-ə çatıb. Medallardan 75-i qızıl, 46-sı gümüş, 33-ü bürüncdür. Türkiyənin 68 qızıl, 63 gümüş, 54 bürünc olmaqla, 185 medalı var. Son yarış günü ərəfəsində Azərbaycan medal əyarında böyük üstünlüklə liderliyini davam etdirir.


1Azərbaycan754633154
2Türkiyə686354185
3İran31263390
4Özbəkistan15173062
5Bəhreyn125421
6Əlcəzair7122140
7Mərakeş751527
8İndoneziya6292156
9Misir64717
10Qırğızıstan44816
11Səudiyyə Ərəbistanı41611
12İordaniya311115
13İraq27514
14Qazaxıstan251219
15Türkmənistan24612
16Qətər23611
17Nigeriya2316
18Suriya Ərəb Respublikası22610
19Tunis12811
20Kamerun1269
21Banqladeş1113
21Seneqal1113
23Qambiya1102
24Benin1012
24Qvineya-Bisau1012
24Mozambik1012
27Pakistan0369
28Oman0347
29Birləşmiş Ərəb Əmirliyi0134
30Qayana0123
30Surinam0123
32Cibuti0112
33Mali0101
33Uqanda0101
35Əfqanıstan0055
36Fil Dişi Sahili0044
36Tacikistan0044
38Malayziya0022
39Livan0011
40Albaniya0000
40Bruney Darüssəlam0000
40Burkina-Faso0000
40Çad0000
40Qəmər adaları0000
40Qabon0000
40Qvineya0000
40Maldiv adaları0000
40Mavritaniya0000
40Niger0000
40Fələstin0000
40Syerra-Leone0000
40Somali0000
40Toqo0000
40Yəmən0000