Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ultramarafon yürüşünə start verilib
Fərdi
- 01 may, 2023
- 09:55
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Ağstafa-Bakı marşrutu üzrə ultramarafon yürüşünə start verilib.
“Report” xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə keçirilən yürüş bu gün Ağstafada Heydər Əliyevin abidəsi önündən başlayıb.
Azərbaycanda, eləcə də, ölkədən kənarda təşkil olunan bir sıra yürüşlərdə iştirak etmiş Ağa Əliyev beş gün ərzində 465 km-lik məsafəni qət edəcək.
O, ilk mərhələdə Ağstafadan Gəncəyə kimi olan 96 km-lik yolu gedəcək. Marşrutun növbəti dayanma məntəqələri Yevlax, Kürdəmir və Hacıqabul olacaq.
Atlet Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət etməklə yürüşü başa vuracaq.
Son xəbərlər
01:09
Mask ABŞ-də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub
Digər ölkələr
00:41
Parisin təkcə bir regionunda etirazlar zamanı dəyən ziyan 8,5 milyon avroya çatıb
Digər ölkələr
00:08
Monteneqro Aİ-yə üzvlük danışıqları çərçivəsində daha üç fəsli müvəqqəti bağlayıb
Digər ölkələr
23:46
Ər-Riyad üzərində husilərin atdığı raket ələ keçirilib
Digər ölkələr
23:14
İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib
Region
22:56
Video
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb
Xarici siyasət
22:52
UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub
Digər ölkələr
22:37
İrlandiya millisinin sabiq məşqçisi cinsi zorakılığa görə 15 il yarım həbs edilib
Fərdi
22:35
Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır
Region