Həbib Nurməhəmmədov idmana qayıtdı
Fərdi
- 11 dekabr, 2020
- 22:49
Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədov özünün instaqramdakı hesabında amerikalı MMA döyüşçüsü Castin Qetji ilə növbəti döyüşə hazırlığından video paylaşıb.
"Report" xəbər verir ki, videoçarxda Həbib Nurməhəmmədovun hazırlıq prosesi keçdiyi əks olunub.
"Düşünürəm ki, bu epizoda baxmaq sizə maraqlı olacaq. Hazırlıq vaxtı ən ağır anlardan biri", - idmançı çarxın rəy hissəsinə yazıb.
Qeyd edək ki, Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi oktyabrın 25-də UFC-də sonuncu döyüşünü keçirdiyini bildirib.
O, Castin Qetji ilə döyüşdən sonra karyerasını başa vurduğunu deyib. Lakin 1 ay sonra UFC-yə qayıdacağına işarə edib.
Son xəbərlər
00:15
Mərakeş polisi Seutaya keçmək istəyən 111 miqrantı saxlayıb
Digər ölkələr23:50
Almaniyalı üzgüçü dünya rekordunu yeniləyib
Fərdi23:47
Qətər İranın pilotlarla bağlı iddiasını təkzib edib
Digər ölkələr23:31
Zimbabvedə qayıq qəzasında ölənlərin sayı 68-ə çatıb
Digər ölkələr23:20
Bloomberg: ABŞ-İran qarşıdurmasının tezliklə başa çatacağı gözlənilmir
Digər ölkələr22:45
Premyer Liqa: "Sabah" "Kəpəz"i məğlub edib
Futbol22:35
Netanyahu: "Hizbullah" Livanda atəşkəsi pozaraq İsrail hərbçilərinə hücum edib
Digər ölkələr22:18
Beyləqanda qadın su kanalında batıb
Hadisə22:16