Həbib Nurməhəmmədov "Diriliş Ertuğrul" serialının çəkilişlərini izləyib - VİDEO
- 25 dekabr, 2018
- 05:29
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 25 dekabr. REPORT.AZ/ Yüngül çəkidə rusiyalı UFC çempionu Həbib Nurməhəmmədov "Diriliş Ertuğrul" serialının çəkiliş prosesini izləyib.
"Report"un məlumatına görə, tanınmış idmançı bu məqsədlə Türkiyənin İstanbul şəhərində olub. O, serialın aktyorları, o cümlədən Ertuğrul rolunu oynayan Engin Altanla görüşüb.
"Sanki mən də mövzunun içindəyəm" deyə məşhur döyüşçü sosial şəbəkədəki hesabında yazıb.
Qeyd edək ki, Həbib Nurməhəmmədov oktyabrda ABŞ-ın Las-Veqas şəhərində keçirilmiş döyüşdə Konor Makqreqora qalib gələrək, çempion titulunu qoruyub.
We are deeply saddened by the tragic loss of lives and devastation caused by the floods in the northern part of #Pakistan.
— MFA Azerbaijan (@AzerbaijanMFA) August 16, 2025
Our thoughts and prayers are with the victims and their families. #Azerbaijan stands in solidarity with the brotherly people and Government of Pakistan…