Günel Bədəlova: "Aleksandr Plyuşenkonun Azərbaycanı layiqincə təmsil etməsi gözlənilir"
- 02 iyul, 2026
- 10:54
Yeniliklərdən dərhal xəbərdar olun!
Fiqurlu konkisürən Aleksandr Plyuşenkonun Azərbaycanı layiqincə təmsil edəcəyi gözlənilir.
Bu barədə "Report"a açıqlamasında Azərbaycan Qış İdman Növləri Federasiyasının baş katibi Günel Bədəlova bildirib.
O, idmançının tezliklə ölkə bayrağı altında yarışlara qatılacağını söyləyib:
"Aleksandr Plyuşenko milli komandamızla yeniyetmələr arasında Qran-pri və digər beynəlxalq turnirlərdə iştirak edəcək. Ondan gözləntilər ölkəni layiqincə təmsil etməsidir. Lakin ilk beynəlxalq yarışı olduğu üçün bir neçə turnirdən sonra nəticələri müzakirə edəcəyik".
Xatırladaq ki, Azərbaycan Qış İdman Növləri Federasiyası ötən gün Aleksandr Plyuşenkonun 2026/2027 mövsümündən etibarən beynəlxalq yarışlarda ölkə bayrağı altında çıxış etməsinə icazə verildiyini açıqlayıb.