Avropa çempionatında iştirak edən Azərbaycan güləşçiləri Vətənə qayıdıblar

Fərdi
  • 27 aprel, 2026
  • 20:10
Avropa çempionatında iştirak edən Azərbaycan güləşçiləri Vətənə qayıdıblar

Albaniyada keçirilən Avropa çempionatında 3 qızıl, 2 gümüş, 1 bürünc medal qazanaraq komanda hesabında birinci olan sərbəst güləş üzrə milli komanda Bakıya qayıdıb.

"Report" xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan millisini idman azarkeşləri, ictimaiyyət nümayəndələri, mətbuat nümayəndələri qarşılayıblar.

Xatırladaq ki, Azərbaycan güləşçiləri Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatını 13 medalla başa vurublar. Nurəddin Novruzov (61 kq) üçüncü yer uğrunda görüşdə italiyalı Simone Pirodduya uduzub. Turan Bayramov (74 kq) finalda Taymuraz Salmazanova (Slovakiya), Arseniy Djioyev (86) İbrahim Kadiyevə (UWW) məğlub olaraq gümüş medala sahib çıxıblar. Ali Tsokayev (92 kq) finalda Ahmed Batayevə (Bolqarıstan), Giorgi Meşvildişvili (125) Vladislav Baytsayevə (Macarıstan) qalib gələrək Avropa çempionu olublar.

Daha əvvəl yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) Avropa çempionu olublar. Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazanıblar. Yunan-Roma güləşi üzrə milli komanda hesabında birinci yeri tutub.