Gənclər və İdman Nazirliyi İsmayıl İsmayılovun istefası xəbərlərinə münasibət bildirib
Fərdi
- 16 sentyabr, 2021
- 06:25
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Nazir müavini İsmayıl İsmayılovun işdən azad edilməsi ilə bağlı yayılan informasiya həqiqəti əks etdirmir".
Bunu "Report"a açıqlamasında Gənclər və İdman Nazirliyinin mətbuat katibi Qabil Mehdiyev deyib.
O bildirib ki, İsmayılov hazırda müalicəsini davam etdirir və yaxın günlərdə işə çıxacaq.
Qeyd edək ki, İsmayıl İsmayılov yeni nazir Fərid Qayıbovun müxtəlif federasiya və idman qurğularında keçirdiyi görüşlərdə iştirak etməyib. Onu nazirliyin aparat rəhbəri Rüfət Həsənov müşayiət edib. Bu isə İ.İsmayılovun tutduğu vəzifədən azad edildiyinə dair xəbərlərin yayılmasına səbəb olub.
İsmayıl İsmayılov gənclər və idman nazirinin müavini vəzifəsində 2006-cı ildən çalışır.
Son xəbərlər
18:30
İtaliyada tələbə nümayişləri keçirilib
Digər ölkələr
18:21
Sabah Binəqədi şossesinin bir hissəsində hərəkətə qısamüddətli məhdudiyyət qoyulacaq
İnfrastruktur
18:17
Foto
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
Hərbi
18:16
Taleh Kazımov: "Pul siyasəti iqtisadiyyatın şaxələndirilməsini təkbaşına təmin edə bilməz"
Maliyyə
18:13
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Hadisə
18:12
Zaur Həşimov: "Bu dəfəki məğlubiyyət daha acı oldu"
Futbol
18:08
Neft-qazın bahalaşmasının Azərbaycanın CƏB üzrə profisitinə təsiri açıqlanıb
Maliyyə
18:06
AMB 2026-2027-ci illər üçün inflyasiya proqnozunu sabit saxlayıb
Maliyyə
18:00
Foto
Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Xarici siyasət