Gəncə stadionunda III MDB Oyunlarının bağlanış mərasimi keçirilib - YENİLƏNİB

Fərdi
  • 08 oktyabr, 2025
  • 20:10
Gəncə stadionunda III MDB Oyunlarının bağlanış mərasimi keçirilib - YENİLƏNİB

Gəncə stadionunda III MDB Oyunlarının bağlanış mərasimi keçirilib.

"Report"un Gəncəyə ezam olunan əməkdaşı xəbər verir ki, tədbirdə rəsmi qonaqlar, beynəlxalq idman təşkilatlarının nümayəndələri, idmançılar və tamaşaçılar iştirak ediblər.

Əvvəlcə yarışın yadda qalan məqamlarını özündə əks etdirən videoçarx nümayiş olunub.

Ardınca rəsmi çıxış üçün söz Milli Təşkilat Komitəsinin sədri Samir Şərifova verilib. Arenaya toplaşan hər kəsi salamlayan S.Şərifov III MDB Oyunlarının maraqlı məcrada keçdiyini vurğulayıb.

Daha sonra Oyunların rəsmi mahnısının sədaları altında MDB bayrağı endirilib. Bayrağı III MDB Oyunlarının qalibləri – Nihad Rəhimov (sambo), Maqsud Mahsudov (batut gimnastikası), Turqut Həsənov (karate), Tərlan Qurbanəliyev (çövkən), Oqtay Hüseynov (üzgüçülük), Əli Nəzərov (Yunan-roma güləşi), Humay Dadaşova (taekvondo), Gülər Hüseynova (boks), Könül Eyvazlı (cüdo) endiriblər. Bayraq növbəti oyunlara ev sahibliyi edəcək ölkəyə təqdim olunması üçün MDB İcraiyyə Komitəsinə veriləcək.

Azərbaycanın Dövlət himninin səsləndirilməsinin ardından bağlanış mərasimin rəsmi hissəsi başa çatıb.

Tədbir bədii hissə ilə davam edir.

Qeyd edək ki, yarışa 13 ölkədən 1 624 idmançı və 2 337 nümayəndə qatılıb.

Turnirdə Azərbaycanı 340, Pakistanı 4, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Kubanı 11, Küveyti 6, Omanı isə 4 idmançı təmsil edib.

Gəncə stadionunda III MDB Oyunlarının bağlanış mərasimi keçirilir.

"Report"un Gəncəyə ezam olunan əməkdaşı xəbər verir ki, tədbirdə rəsmi qonaqlar, beynəlxalq idman təşkilatlarının nümayəndələri, idmançılar və tamaşaçılar iştirak edirlər.

Qeyd edək ki, yarışa 13 ölkədən 1 624 idmançı və 2 337 nümayəndə qatılıb.

Turnirdə Azərbaycanı 340, Pakistanı 4, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Kubanı 11, Küveyti 6, Omanı isə 4 idmançı təmsil edib.

Gəncə stadionunda III MDB Oyunlarının bağlanış mərasimi keçirilib - YENİLƏNİB

Son xəbərlər

Bütün Xəbər Lenti