“Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisində sıralama turuna start verilib

Fərdi
  • 27 aprel, 2019
  • 13:00
“Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisində sıralama turuna start verilib

“Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisində sıralama turuna start verilib. 

“Report”un məlumatına görə, pilotlar saat 18:00-dək davam edəcək turun nəticələrinə əsasən, yarış günü start xəttində öz yerlərini alacaqlar.

İkinci və üçüncü sərbəst yürüşlərdə “Ferrari”nin pilotu Şarl Lekler birinci, onun komanda yoldaşı Sebastyan Fettel isə  ikinci olub. İlk sərbəst yürüş qəza səbəbindən yarımçıq dayandırılıb. 

Qeyd edək ki, “Formula 1”də əsas yarış aprelin 28-də olacaq və saat 16:00-da başlayacaq.