"Formula 1"in Azərbaycan iqtisadiyyatına təsiri açıqlandı

Fərdi
  • 12 fevral, 2020
  • 08:55
Formula 1in Azərbaycan iqtisadiyyatına təsiri açıqlandı
Report

Son 4 ildə Bakıda keçirilmiş "Formula 1" üzrə Qran-prilərin Azərbaycan iqtisadiyyatına təsiri 506,3 milyon ABŞ dollarıdır.

"Report"un məlumatına görə, bunu PwC şirkətinin ölkə üzrə İdarəedici tərəfdaşı Mövlan Paşayev deyib. 

O bildirib ki, iqtisadi təsir ildən-ilə artıb. 2019-cu ildə birbaşa təsir 117 milyon ABŞ dolları, dolayı təsir isə 48,1 milyon ABŞ dollarına bərabərdir. Ən çox təsir isə tikintiyə olub.

Qeyd edək ki, bu il Azərbaycan Qran-prisi bu il iyunun 5-7-də keçiriləcək.

44 - Tezliklə