Fərid Qayıbov: "UFC və "Formula 1" turizmin inkişafına töhfə verir"
- 02 iyul, 2026
- 13:20
Yeniliklərdən dərhal xəbərdar olun!
Mütləq Döyüş Çempionatının (UFC) Bakıdakı ikinci turniri çox maraqlı alınıb.
"Report"un məlumatına görə, bu barədə gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərə açıqlama verib.
O, ötən həftə Milli Gimnastika Arenasında baş tutan yarışla bağlı fikirlərini bölüşüb:
"UFC turniri ilk dəfə ötən il Bakıda keçirilmişdi. Bu il ikinci yarış təşkil olundu. UFC ilə üçillik müqavilə imzalamışıq. Düşünürəm ki, ikinci turnir də maraqlı alındı. Ölkə xaricindən 3 mindən çox azarkeş gəlmişdi. Turnir azərbaycanlı fanatların da diqqət mərkəzində idi. UFC və "Formula 1" turizmin inkişafı baxımından da önəmlidir".
Qeyd edək ki, "UFC Fight Night Baku" turniri iyunun 27-də keçirilib. Azərbaycan təmsilçilərindən Tahir Abdullayev braziliyalı Cefferson Nasimentonu, Fərman Həsənov isə ABŞ-dən olan Erik Nolanı məğlub edib. Nazim Sadıxov Mateus Kamiloya (Braziliya) uduzub. Rafael Fiziyev gecənin əsas qarşılaşmasında meksikalı Manuel Torresə qalib gəlib.