Fərid Qayıbov FIG prezidentliyinə namizəd oldu

Fərdi
  • 11 iyun, 2021
  • 18:14
Fərid Qayıbov FIG prezidentliyinə namizəd oldu
Fərid Qayıbov

Beynəlxalq Gimnastika Federasiyasının (FIG) prezidenti vəzifəsinə namizədlərin adları açıqlanıb.

"Report"un məlumatına görə, onlardan biri Avropa Gimnastikasının (EG) prezidenti Fərid Qayıbovdur.

Digər namizəd isə FIG-in hazırkı rəhbəri olan yaponiyalı Morinari Vatanabedir.

Qeyd edək ki, yeni prezident bu il noyabrın 6-da qurumun Türkiyənin Antalya şəhərindəki 83-cü Konqressində seçiləcək.

44 - Tezliklə