Fatimə Bayramova Bakıda keçirilən dünya çempionatında təsəlliverici görüşdə məğlub olub

Fərdi
  • 31 iyul, 2026
  • 12:18
Fatimə Bayramova Bakıda keçirilən dünya çempionatında təsəlliverici görüşdə məğlub olub

Azərbaycan güləşçisi Fatimə Bayramova Bakıda keçirilən U-17 dünya çempionatında təsəlliverici görüşdə məğlub olub.

"Report"un məlumatına görə, 53 kq çəki dərəcəsində yarışan idmançı macarıstanlı Mariya Jitovoza 0:2 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.