Əli Cavadlı: "Bakıda keçirilən dünya çempionatında mənə ümidlər böyük idi"

Fərdi
  • 29 iyul, 2026
  • 18:29
Əli Cavadlı: Bakıda keçirilən dünya çempionatında mənə ümidlər böyük idi

Bakıda təşkil olunan U-17 dünya çempionatında Azərbaycanın yunan-Roma güləşçisi Əli Cavadlıya ümidlər böyük olub.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında 45 kq çəki dərəcəsində mübarizə aparan idmançı özü bildirib.

O, final görüşündə uduzduğuna görə çox təəssüfləndiyini söyləyib:

"Finalda uduzduğuma görə təəssüf hissi keçirirəm. Amma hər şey daha yaxşı olacaq. Çünki gələcəyim hələ qabaqdadır. Ruhdan düşmək olmaz. İnşallah dağa çox çalışaraq böyük arenalarda öz sözümü deyəcəyəm. Fasilədən sonra səhvə yol verdim. Bu dünya çempionatında mənə ümidlər böyük idi. Lakin dediyim kimi, həvəsdən düşməyəcəm".

Qeyd edək ki, Əli Cavadlı finalda ABŞ-li Raylen Vaksa uduzaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb.

44 - Tezliklə