Elgün Əlizadə İsveçrədə qatıldığı məşqçilik kursunu uğurla başa vurub
Fərdi
- 20 may, 2026
- 11:51
Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) məşqçisi Elgün Əlizadə İsveçrənin Eqle şəhərində keçirilən "UCI Level 2" məşqçilik kursunu uğurla başa vurub.
Bu barədə "Report"a AzVİF-dən məlumat verilib.
Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun dəstəyi ilə təşkil olunan kurs çərçivəsində Elgün Əlizadə beynəlxalq səviyyədə nəzəri və praktiki biliklərini artıraraq mühüm təcrübə qazanıb. O, proqramı uğurla tamamlayaraq müvafiq sertifikatla təltif olunub.
Kurs müddətində məşqçi fiziologiya, psixologiya, qidalanma və performans analizi kimi mühüm sahələr üzrə dərslərdə iştirak edib. Bununla yanaşı, mexaniki biliklərini də təkmilləşdirərək velosipedlərin texniki baxışı üzrə bacarıqlarını artırıb.
Son xəbərlər
11:25
"Qarabağ"- "Tvente" oyunundan əvvəl fan zona təşkil olunacaq
İdman11:23
İlham Əliyev Maya Sanduya: Əməkdaşlığımızı bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik
Digər11:21
Foto
Xaçmazda yeni dayanacaq pavilyonları quraşdırılır
İnfrastruktur11:18
Rusiya Ukraynada neft emalı zavodunu və nəqliyyat-logistika mərkəzini vurub
Region11:18
Azərbaycan "Böyük Dəbilqə" turnirində 14 cüdoçu ilə təmsil olunacaq
Fərdi11:16
"Baktelecom"un "Rabitəbank"dakı payı "Aztelekom"a ötürülüb
Maliyyə11:15
Tokayev deputat mandatı qazanan rəsmiləri vəzifələrindən uzaqlaşdırıb
Region11:00
SOCAR ötən il maliyyə dayanıqlılığını gücləndirib
Energetika10:58